Slimfit
  1. CƏMİYYƏT

77 saylı Lənkəran şəhər seçki dairəsində səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir

77 saylı Lənkəran şəhər seçki dairəsində səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir
Sakura

77 saylı Lənkəran şəhər seçki dairəsində səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir

Lənkəran sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fəallıq göstərirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakinləri səhər saat 08:00-dan etibarən mütəşəkkil şəkildə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.

77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri İqbal Rəcəbov bildirib ki, 41 məntəqə üzrə 47 min 815 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb, 10 məntəqədə “exit-poll” təşkil olunub.

Səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol verilmədən davam edir. Hazırda səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR