Dərc edildi: Baxış sayı: 664
739 illik 1111 dənəli təsbeh görənləri təəccübləndirir
Türkiyənin Kayseri şəhərində tapılan və Səlcuq əsərlərindən olan Savasi Xatun məscidindəki 739 illik 1111 dənəli təsbehi görənlər təəccübünü gizlədə bilmir.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, camaat bu təsbehi xüsusi günlərdə boyunlarına taxaraq çəkirlər.
Sivasi Xatun məscidinin mollası Orhan Köşker təsbehin xüsusi şüşə bölmədə qorunduğunu deyərək “bu təsbeh məscidin tarixi qədər qədimdir və andız ağacından hazırlanıb. Bildiyimiz qədərilə andız ağacı bu bölgədə yetişmir. Hindistandan gələn bir ağacdır. Xüsusiyyəti isə toz tutmamasıdır” deyib.
Təsbehin məsciddə daha əvvəl aparılan bərpa işləri zamanı tapıldığını bildirən Orhan Köşker “Camaat xüsusilə boyunlarında saxlayaraq bu təsbehi çəkir. Boyundan keçməsi insanı canlı saxlayır. Həm fiziki, həm də ruhən masaj kimi olur. Təsbehin xüsusiyyəti isə 1111 dənəli olmasıdır. Bu rəqəmin də müsəlmanların birlik olmasına işarə olduğu deyilir” deyə bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət