Slimfit
  1. MƏŞHURLAR

714 milyon dolları var, ayda 100 dollar xərcləyir, amma dünyanın ən səxavətli adamıdır

714 milyon dolları var, ayda 100 dollar xərcləyir, amma dünyanın ən səxavətli adamıdır
Sakura

Çinli multimilyonçu deyib ki, aylıq xərcləri 100 dolları aşmır

Çinli multimilyonçu deyib ki, aylıq xərcləri 100 dolları aşmır.

Bizimyol.info “Unilad” portalına istinadən xəbər verir ki, milyonçu öz ölümündən sonra bütün sərvətini xeyriyyəçilik məqsədləri üçün vəsiyyət edib.

 

Onu hamınız yaxşı tanıyırsınız. Əfsanəvi aktyor Yun-Fat Çou! “Pusquda dayanan pələng, gizlənən əjdaha”, “Gülləkeçirməz rahib” və s. filmlərdə rol alan aktyor milyonlarla kino həvəskarının sevimlisidir.

63 yaşlı milyonçu aktyor yaşadığı küçədə yerləşən fastfud kafedə hamı kimi növbədə dayanır və ucuz qidalarla nahar edir, ictimai nəqliyyatla hərəkət edir, çox nadir hallarda yeni bir şey alır.

Çou düz 17 il ərzində düyməli “Nokia” telefonunu işlədib. Yalnız bu yaxınlarda köhnə telefonu sıradan çıxandan sonra özünə smartfon alıb.

Dünya kinosunun əfsanəsi mağazalara yalnız endirim kampaniyaları zamanı gedir, ən zəruri və rahat hesab etdiyi əşyaları alır.

Xarici mətbuatın yazdığına görə, aktyorun sərvəti 714 milyon dollar təşkil edir. Həyat yoldaşı Jasmin Tanla yaşayır və övladı yoxdur. Cütlük bütün sərvətini xeyriyyəçilik üçün xərcləməyi planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR