7000 mAs batareyalı Samsung Galaxy M51 təqdim olundu
Samsung yeni orta büdcəli cihaz - Galaxy M51-i təqdim elədi. Smartfon, sürətli şarj üçün 25 vattlıq adapter dəstəyi olan 7000 mAh batareya, 64 meqapiksellik əsas foto modul və Snapdragon 730 prosessora sahibdir.
Yeni smartfon artıq Almaniyada 360 Avroya ön sifarişlə əldə oluna bilər. Smartfon tezliklə digər ölkələrdə əlçatan olacaq və satışların 11 sentyabr tarixində başlaması planlaşdırılır.
Ens.Az techland.az-a istinadən bildirir ki, Galaxy M51, mərkəzdə yerləşən 32MP ön kamera ilə 6,7 düymlük Full HD + keyfiyyətində Super AMOLED ekranla təchiz edilmişdir. Əlavə olaraq Snapdragon 730 prosessoru, 6 GB RAM, 128 GB əsas yaddaş və microSD kartlar üçün yuvaya malikdir.
Kameralar: F / 1.8 diyafraqmalı 64MP əsas kamera, 12MP geniş buczqlı modul (f / 2.2 diyafraqm), 5MP dərinlik sensoru (f / 2.4 diyafraqm), 5MP makro linza (f / 2.4 diyafraqm).
Yan düyməsində barmaq izi skaneri, təmassız ödəmələr etmək üçün NFC sensoru və Bluetooth 5.0 mövcuddur. Yeni model ağ və tünd mavi rənglərdə təqdim olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət