Slimfit
  1. CƏMİYYƏT

7 yaşlı Fəridin öldürüldüyü idman zalı niyə icarəyə verilib? - Nazirlikdən AÇIQLAMA

7 yaşlı Fəridin öldürüldüyü idman zalı niyə icarəyə verilib? - Nazirlikdən AÇIQLAMA
Sakura

7 yaşlı Fəridin öldürüldüyü idman zalı niyə icarəyə verilib? - Nazirlikdən AÇIQLAMA

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilov keçirdiyi sambo məşqləri zamanı 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək onun ölümünə səbəb olub. Hadisənin baş verdiyi məktəbdən saytımıza bildirilib ki, Mehman Xəlilov məktəbin müəllimi deyil.

Bəs, məktəbin idman zalında məktəbə aid olmayan şəxslərin məşq keçməsi, idman zalının icarəyə verilməsi mümkündürmü? Hadisə ilə əlaqədar olaraq məktəblə və ya direktorla bağlı hansı addımlar atılacaq?

Mözu ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən Redaktor.az-a bildirildi ki, aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib.

"2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib. Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb",- deyə cavabda qeyd olunub.

Məlumatda bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir: "Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb".

Nazirlik 7 yaşlı Fəridin ailəsinə başsağlığı verib:

"Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Hadisə ilə əlaqədar olaraq məktəblə və ya direktorla bağlı hansısa tədbirin görüləcəyinə gəlincə, Elm və Təhsil Nazirliyi sualımızı cavabsız qoyub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR