Slimfit
  1. DÜNYA

7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat

7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
Sakura

7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat

Dünya İqtisadi Forumu yeni hesabat dərc edib. Hesabatda göstərilir ki, 2025-ci ilədək robotlar işlərin əksər hissəsini (51 faiz) yerinə yetirəcək. Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq.

Axar.az xəbər verir ki, böyük şirkətlərdə çalışan əməkdaşların 54 faizi peşəsini dəyişmək və ya bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq. Hesabata görə, gələcəkdə operator, mühasib, inzibatçı, katib, quraşdırma müəssisələri işçisi, auditor, poçt xidmətləri əməkdaşı, sifarişçilərlə iş üzrə xidmət operatoru, anbar uçotu operatorları və s. kimi peşələrə tələbat azalacaq.

Yeni peşələr isə məlumat analitiki, süni intellekt və robotların öyrədilməsi üzrə mütəxəssis, proqram təminatı tərtibatçısı, satış və marketinq üzrə mütəxəssis, iritutumlu məlumatlarla iş üzrə, rəqəmli texnologiyalara keçid üzrə və yeni texnologiyalar üzrə mütəxəssis və s. olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR