64 Mp kamerası olan ilk smartfon gəlir
Samsung Galaxy A70S telefonu 2019-cu ilin sonuna qədər təqdim ediləcək
Texnologiya tarixində ilk dəfə olaraq 64 meqapikselli kamera ilə çalışan telefon alıcıların ixtiyarına veriləcək.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, yeni Samsung Galaxy A70S telefonu 2019-cu ilin sonuna qədər təqdim ediləcək.
İnsayderlər unikal gadgetın gələcək xüsusiyyətlərini paylaşıblar. Beləliklə, cihazda Samsung İSOCELL parlaqlığı ilə 1 əsas kamera olacaq. O, ən innovativ texnologiyalardan istifadə edilən 64-MP kameraya malikdir.
Belə bir funksiya sayəsində istifadəçi həm yaxşı işıqlandırma, həm də pis işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər əldə edəcəkdir. Samsung-un yeni modeli Galaxy A70 aparatının təkmilləşdirilmiş versiyasıdır.
Nation News nəşri daha əvvəl Samsung-un beşqat optik zoomu olan smartfon üzərində işlədiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət