Slimfit
  1. SİYASƏT

60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi?

60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi?
Sakura

60 Xankəndi ermənisi Milli Məclisə seçkilərdə necə iştirak etdi?

Moderator.az “Armenian report” saytının müəlliflərindən olan Tevos Arşakyanın əvvəllər də Qarabağ həqiqətlərindən bəhs edən real yazılarını tərcümə edərək yayıb. 
 
Azərbaycan Milli Məclisinə seçkilərdə 60-dan çox Xankəndi ermənisinin elektron səsvermədə iştirak etməsi bizim üçün də maraqlı gəldi. Müəllif bu qeyri-adi hərəkəti doğuran səbəbləri şərh edib. Həmin məqaləni diqqətinizə çatdırırıq.
 
""Məxməri inqilab" Ermənistanı və Dağlıq Qarabağı birləşdirmək əvəzinə, İrəvan və Stepanakert arasında ciddi qarşıdurmaya səbəb oldu. Artıq Paşinyan hakimiyyətinin ilk aylarında məlum oldu ki, qartlaşmış və korrupsiyaya batmış olan Dağlıq Qarabağın rəhbərliyi inqilabın liderini “Ermənistanı və Artsax Respublikasını xilas edən” “məsihçi” kimi qəbul etmir. Dağlıq Qarabağdan olan siyasətçilərin təmizlənməsi ilə Qarabağ və Ermənistan arasında olan münasibətlər daha da ağırlaşdı. Stepanakertdə, Ermənistandan sonra Paşinyanın Qarabağı ələ alacağından qorxmağa başladılar. Hansı ki, prinsipcə,bu, indi baş verir.
 
Qarabağdakı rejimin rəhbərliyindən fərqli olaraq, cəmiyyətin özü Paşinyanın Ermənistandakı hərəkətlərinə ümidlə baxırdı. Qarabağ əhalisinin istəkləri olduqca başa düşüləndir - insanlar korrupsioner hakimiyyətin zülmündən bezmişlər. Uzun illər totalitar rejim altında yaşayan Qarabağ cəmiyyətində Ermənistandakı "məxməri inqilab"dan sonra ümid artmışdı.
 
Erməni KİV-də Qarabağda baş verənlər haqqında yazmamağa çalışırlar, amma bunsuz da hamımız bilirik ki, Dağlıq Qarabağ respublikasında uzun müddətdir sosial, iqtisadi və təhsil islahatları keçirilmir, inhisarçılığa qarşı mübarizənin (hakimiyyət öz-özü ilə mübarizə aparmayacaq ki)  və korrupsiya sisteminin silinməsi ilə bağlı bir işarə də yoxdur. İnsanlar işsizlikdən, güc strukturlarının zülmündən və məhkəmə sisteminə inamsızlıqdan narazıdırlar.
 
Bu fonda bəzi Azərbaycan KİV-lərində yayılan “Qarabağın 60 - dan yuxarı milliyətcə erməni sakini bazar günü seçkilərində Milli Məclisə onlayn səsvermə yolu ilə Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi elektron poçt ünvanına müvafiq bildiriş göndərməklə iştirak etməsi” barədə məlumat, şəxsən mənim üçün tamamilə təəccüblü görünmür. 
 
Adama elə gəlir ki, bir neçə il əvvəl belə bir şeyi təsəvvür etmək sadəcə mümkün deyildi. Ancaq illər keçdi və bu gün Qarabağın 60 sakini Azərbaycan parlamentinə seçkilərdə iştirak etdi. Bu məlumata inanmamaq üçün heç bir əsasımız yoxdur. Birincisi, onlara necə münasibət göstərməyimizdən asılı olmayaraq - azərbaycanlılar ağılsız deyillər - əllərində dəmir-beton kimi dəlillər olmasa, belə bir dezinformasiya yaymazlar. İkincisi, Qarabağdakı xüsusi müxbirimiz yerli əhali arasında bu cür düşüncələr barədə nəinki bizi xəbərdarlıq etdi, hətta Azərbaycan MSK-nın rəsmi elektron poçt ünvanına bildiriş göndərən şəxslə də tanışdı. Təbii ki, biz onun adını çəkməyəcəyik, çünki təhlükəsizlik qüvvələrinin dərhal ailəsinin üzərinə düşəcəyini başa düşürük.
 
Üstəlik, problem Azərbaycanda keçirilən parlament seçkilərində səs verən 60 çıxılmaz duruma düşmüş qarabağlıda deyil, onları bu addımı atmağa vadar edənin nə olmasıdır. Onları buna sövq edən həyatlarında işıqlı heç nəyin olmamasıdır. Əhalinin demək olar ki, yarısı artıq öz gələcəyini Qarabağla bağlamır və yalnız tərk etmə anını gözləyirlər. Heç olmasa Ermənistana, baxmayaraq ki, həyat orda da xoş deyil, ancaq Qarabağdan daha yaxşıdır.  Və baş verənlərin günahı, iqtisadiyyatın bərpası və sosial ədalətli cəmiyyətin qurulması ilə deyil, yalnız şəxsi zənginləşməsi ilə məşğul olan Qarabağ hakimiyyətinin üzərinə düşür.
 
Əgər Qarabağdakı vəziyyət yaxşılaşmağa başlamazsa, yaxın gələcəkdə Azərbaycana tərəf baxanların sayının yalnız artacağını təxmin etmək çətin deyil. Bu, Bako Saakyan rejimi ilə korlanmış və çürüyən anti-xalq hakimiyyətinin məntiqi nəticəsi olacaqdır”. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR