6 yaşlı uşaq on milyon rubl qazanıb
Rus fiqurlu konkisürəni Evgeny Puşenkonun oğlu Aleksandr altı yaşında on milyon rubl qazanmağa nail olub. Bu barədə “Starhit” məlumat yayıb.
Uşağın gəlirləri barədə anası – prodüseri Yana Rudkovskaya məlumat verib. Onun sözlərinə görə, gənc Pluşenko reklam müqavilələrinə malikdir.
“Bizimyol.info” “lenta.ru”ya istinadən xəbər verir ki, Bundan əlavə, Aleksandr müntəzəm olaraq buz şoularında çıxış edir. “Mən oğlumun fiqurlu konkisürmə idmanı ilə məşğul olmasını istəmirdim, o bunu seçdi. Bizə məsləhət görürdülər ki, xokkey və ya futbola yönləndirək, çünki bu idman növlərinə çox yüksək gəlir qazanmaq mümkündür”,- deyib. Rudkovskaya əlavə edib ki, onun altı yaşlı oğlu özünün baxıcı və sürücü xidmətlərini ödəyir, həmçinin özünə oyuncaqlar almağa da gəliri kifayət edir.
Evgeni Pluşenko – iki dəfə Olimpiya çempionu. Avropa çempionatında üç dəfə Dünya Çempionatını qazanaraq yeddi dəfə qızıl medal qazanıb. 2009-cu ildə konkiçi Rudkovskaya ilə evlənib. Dörd il sonra cütlərin bir oğlu olub. Həmçinin konkiçinin ilk nikahından – Yegor Yermakdan bir uşağı var. O, 2006-cı ildə anadan olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət