Slimfit
  1. TEXNOLOGİYA

“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb

“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb
Sakura

“5G” şəbəkəsini dəstəkləyən qurğuların sayı açıqlanıb

Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyası (Global Mobile Suppliers Association – GSA) qlobal bazarda beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən 100 müxtəlif qurğunun təmsil olunduğunu açıqlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət həm smartfonlardan, həm də marşrutlayıcı, internetə çıxış nöqtələri və s. kimi müxtəlif şəbəkə avadanlığından gedir.

Məlumata görə, hazırda dünyanın 56 operatoru “5G” kommersiya xidmətləri təqdim edir. Belə xidmətlərin sürətlə populyarlaşdığı bildirilir.

Məsələn, Cənubi Koreyada “5G” abunəçilərinin sayı 2 milyon təşkil edir, halbuki ölkədə ilk “5G” şəbəkəsi bu ilin aprelində istifadəyə verilib.

Assosiasiya, həmçinin hazırda kütləvi istehsalı aparılan “5G” dəstəkli qurğuları açıqlayıb: “HTC 5G Hub” (hotspot), “Huawei Mate X” (smartfon), “LG V50 ThinQ” (smartfon), “Motorola 5G Moto Mod Snap-on” (genişləndirmə modulu), “NETGEAR Nighthawk M5 Fusion MR5000” (hotspot), “OPPO Reno 5G” (smartfon), “Samsung Galaxy S10 5G” (smartfon), “Xiaomi Mi Mix 3 5G” (smartfon), “ZTE Axon 10 Pro 5G” (smartfon).

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR