Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

5G insan sağlamlığına zərərlidirmi?

5G insan sağlamlığına zərərlidirmi?
Sakura

5G insan sağlamlığına zərərlidirmi?

5G-nin insan sağlamlığına zərərli olması barədə iddialar olsa da, hələlik bununla bağlı təsdiqlənmiş fikirlər yoxdur.

Bu sözləri Axar.az-a 5G texnologiyası barədə danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, mobil texnologiyalardan istifadə zamanı antenaların şüalanmasının yaratdığı təhlükələrlə bağlı müzakirələr hər zaman olub:

“Bu müzakirələr 2G, 3G və 4G texnologiyası tətbiq edilən zaman da gedib. Ayrı-ayrı mütəxəssislərin, alimlərin, bu sahədə araşdırma aparan şəxslərin 5G-nin zərərli olması barədə müxtəlif rəyləri var. Bu fikirlərin də təsdiq olunmaması onunla bağlıdır ki, mobil operatorlar təxminən 30-40 il əvvəl yaranıb və bu müddətdə onlar bunun insan sağlamlığına necə təsir etməsi barədə dəqiq fikir söyləyə bilmirlər. Çünki fikirlərin təsdiq olunması üçün bir insan ömrü qədər müşahidə aparılmalıdır. Mobil baza stansiyalarının 30 metr ətrafı təhlükəlidir. Lakin buna baxmayaraq, bəzən mobil operatorlar baza stansiyalarını uşaq bağçalarının, məktəblərin, şadlıq saraylarının yaxınlığında qururlar. Bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının birmənalı mövqeyi var ki, bu, uşaqların sağlamlığı üçün ciddi təhlükə yaradır. Bazaların yuxarı yaşda olan şəxslərə zərərləri barədə isə hələlik fikir ayrılıqları var”.

O.Gündüz onu da qeyd edib ki, Azərbaycanda 5G-nin istifadəyə verilməsindən əvvəl aşağı səviyyədə olan texnologiyaların vəziyyəti normallaşdırılmalıdır:

“Əslində, 5G-in tətbiq edilməsi yeni innovasiyalar, texnologiyalar baxımından alqışlanan addımdır. Müasir texnologiyadır, dünya bu dəqiqə 5G texnologiyasının üzərində çalışır. Lakin Azərbaycanda 5G-nin tətbiq olunması əhali tərəfindən o qədər də isti qarşılanmadı. Bunun da səbəbi 2G, 3G və 4G-nin ölkədə hələ də normal çalışmamasıdır. 5G tətbiq edilirsə, ondan əvvəlkilər gərək əlçatan olsun. Bunun üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aidiyyəti qurumlarla birlikdə mobil xidmətlərin və mobil danışıqların keyfiyyəti ilə bağlı monitorinq aparmalıdır”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanda 5G texnologiyası təqdim edildi. Lakin bəzi mütəxəssislər 5G texnologiyasının insan sağlamlığına ciddi zərər vurduğu və bu səbəbdən ondan imtina edən ölkələrin də olduğunu vurğulayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR