Slimfit
  1. DÜNYA

55 müsəlman kəndi yerlə-yeksan edildi - Gizli soyqırımın üstü açıldı

55 müsəlman kəndi yerlə-yeksan edildi - Gizli soyqırımın üstü açıldı
Sakura

55 müsəlman kəndi yerlə-yeksan edildi - Gizli soyqırımın üstü açıldı

Pakistanın Hindistan tərəfindən işğal edilmiş Kəşmir bölgəsində kütləvi məzarlıq aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq İnsan Haqları Məhkəməsinin yayımladığı hesabatda bildirilib.

Hesabatda Cammu Kəşmirin şimalında aşkar olunan məzarlıqda ən azı 2 900 nəfərin kütləvi şəkildə dəfn olunduğu açıqlanıb.

Araşdırma Bandipora, Baramulla və Kupvara bölgələrini əhatə edən 55 kənddə aparılıb.

Məhkəmə Hindistan hökumətinə müraciət edərək, məsələnin araşdırılmasını tələb edib. Məsələ ilə əlaqədar Kəşmir regional rəhbərliyi və rəsmi Dehli məlumatlandırılıb.

İnsan haqları müdafiəçisi Anqana Çatterji təspit edilən 2 900 məzardan 2 373-nün adsız olduğunu, 154 məzarda 2 cəsəd, 23 məzarda isə 3-17 cəsəd aşkar edildiyini bildirib.

ABŞ-da fəaliyyət göstərən insan haqları müdafiəçisi olayla əlaqədar müstəqil araşdırmanın başladılmasını tələb edib.

O, Hindistan hökumətinin yayımlanan hesabatı gözardı etdiyini də vurğulayıb.

Kütləvi məzarlığın bəşəri cinayət olduğunu qeyd edən Çatterji bunun soyqırımı olmasını da diqqətə çatdırıb: “Bandipora, Baramulla və Kupvarada tapılan məzarlar hind ordusu və paramilitary güclərin bölgədə həyata keçirdiyi kütləvi qətliamların bir hissəsidir”.

Çatterji Hindistan ordusu tərəfindən törədilən soyqırımında həlak olanların müsəlman olduğunu deyib.

Cammu və Kəşmirdə Hindistan ordusu ilə müstəqillik tərəfdarları arasında 1989-cu ildən bu yana baş verən qarşıdurmalarda ən azı 100 min insanın həlak olduğu ehtimal olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR