Slimfit
  1. CƏMİYYƏT

500 min manatlıq mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

500 min manatlıq mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı
Sakura

500 min manatlıq mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı

"Amrah Bank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  Səbail Rayon Məhkəməsi müdafiəçinin vəsatətinə əsasən Ü.İldırımzadə barəsində həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib və o, həbsdən buraxılıb.

Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir. O, 2020-ci ildə həbs edilmişdi.

Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “Amrah Bank” ASC-nin lisenziyası ləğv edilib.

Xatırladaq ki, Ü.İldırımzadə "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğludur. Əmisi Yusif İldırımzadə isə uzun müdət prokuror vəzifəsində çalışıb, hazırda təqaüddədir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR