Slimfit
  1. TƏHSİL VƏ KARYERA

500 bal toplayan abituriyent niyə ali məktəbə qəbul ola bilmir?

500 bal toplayan abituriyent niyə ali məktəbə qəbul ola bilmir?
Sakura

500 bal toplayan abituriyent niyə ali məktəbə qəbul ola bilmir?

Azərbaycanda ali təhsil müəssisələrində ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.

Ötən illərdə ali məktəbə qəbul imtahanında 500 bal toplasa da, seçdiyi ixtisasa qəbul olunmayanlar var.

Bəs Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi keçid balını toplamış abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər ki, rəqabətə davam gətirsinlər?

İxtisas seçimindən əvvəl

Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə BBC News Azərbaycancaya deyib ki, onlar 2019-cu il üzrə abituriyentlərin imtahan nəticələri və onların bal intervalları üzrə paylanma göstəriciləri ayrıca kitabçalar şəklində dərc edəcəklər.

"Hər bir ixstisas qrupu üzrə dərc olunacaq kitabçalarda hər 10 bal intervalı üzrə nəticələr göstəriləcək. Məsələn, 200-210 bal intervalında nə qədər abituriyent var, 210-220 bal, 690-700 və digərləri arasında nə qədər abituriyent var. Abituriyentlər təhlil edə biləcəklər ki, bir ixtisas üçün neçə nəfərlə rəqabət apara biləcəklər".

Abituriyentlər ölkə üzrə qəbul aparılan ixtisaslar, təhsil müəssisələri, plan yerləri və digər məlumatları "Abituriyent" jurnalının 4 saylı buraxılışdan oxuya bilərlər, Dövlət İmtahan Mərkəzi bildirib.

Plan yerləri və dövlət sifarişli yerlər

DİM sözçüsü deyir ki, abituriyentlər ixtisaslar üzrə ayrılmış plan yerlərinə diqqət etməlidirlər. "Plan yerləri artanda müsabiqə vəziyyəti aşağı, azalanda isə yüksək olur", - cənab Xanlarzadə bildirir.

Xanlar Xanlarzadə deyir ki, ixtisas seçimi zamanı əvvəlki illərin plan yerləri builki yerlərlə müqayisə olunmalıdır ki, düzgün seçim edilə bilinsin.

"Ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı kəskin artıb. Keçən il ümumilikdə 12 min dövlət sifarişli yer var idisə, bu il bu, 20 mindən artıqdır. Bu o deməkdir ki, bu il daha çox abituriyent dövlət sifarişli təhsil ala biləcək".

"Ötənilki keçid balları yanılda bilər"

Xanlar Xanlarzadə deyir ki, abutiriyentlərin ötənilki keçid ballarına baxması onları bir qədər yanılda bilər, ona görə də əvvəlki illərlə müqayisə etmək uğurlu olmazdı.

O söyləyir ki, əvvəllər keçid balları hər il dəyişsə də, müəyyən oxşar tendensiyanın təkrarlanmasını müşahidə etmək olurdu, bu il isə imtahanın məzmunu dəyişdiyinə görə abituriyentlər ehtiyatlı olmalıdırlar.

"İxtisas seçiminə iki cür yanaşırlar, konkret ixtisasa qəbul olunmaq istəyənlər və hər hansı ixtisasa qəbul olunmaq istəyənlər. Elə abituriyentlər var ki, elektron ərizələrində 15 ixtisas kodu yaza bilsələr də, ancaq bir yer yazırlar. Belələri məqsədli abituriyentlərdir ki, məhz həmin ixtisasa qəbul olunmaq istəyirlər. Abituriyentlərə tövsiyə edərdim ki, hər hansı ali təhsil müəssisəsinə qəbul olunmaq naminə deyil, istədikləri ixtisasa müraciət etsinlər", - cənab Xanlarzadə söyləyir.

Azərbaycanda ali məktəblərə ixtisas seçimi və imtahanlar

Qurumun sözçüsü deyir ki, abituriyentlər ixtisas seçimindən əvvəl qəbul olmaq istədikləri ali təhsil müəssisələrini tanımalı, onlar haqda məlumat toplamalıdırlar. O, abituriyentlərə tövsiyə edir ki, əmək bazarındakı tələbatı, hansı peşələrin bazardan çıxması, iş imkanları kimi məlumatları öncədən araşdırsınlar.

500 balla qəbul ola bilməyənlər

Xanlar Xanlarzadə hesab edir ki, yüksək bal toplayıb universitetə qəbul ola bilməyənləri heç də həmişə "düzgün ixtisas seçimi edə bilməyənlər" saymaq olmaz.

"Müsabiqənin nəticələrini əvvəlcədən bilmək olmaz. 500-dən çox bal toplayanlar olur ki, onlar öz elektron ərizələrində, adətən, yalnız bir-iki və yalnız dövlət sifarişli ixtisasları qeyd edirlər. Ona görə də onlardan yüksək bal toplayan abituriyentlər qəbul olunurlar, bu abituriyentlər isə yox. Amma burada demək olmaz ki, onlar düzgün ixtisas seçimi etməyiblər, yox, əslində düzgün ixtisası seçiblər.

Sadəcə bu abituriyentlər konkret ixtisasda təhsil almaq istəyirlər. Buna bu cür yanaşmaq lazımdır, yoxsa o abituriyentlər, əlbəttə, bilir ki, başqa ixtisasları yaza bilərlər", Xanlar Xanlarzadə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR