Slimfit
  1. DÜNYA

50 min azərbaycanlı bu ölkənin vətəndaşlığını ALIB

50 min azərbaycanlı bu ölkənin vətəndaşlığını ALIB
Sakura

50 min azərbaycanlı bu ölkənin vətəndaşlığını ALIB

2020-ci ilin birinci rübündə 161 mindən çox əcnəbiyə Rusiya pasportu verilib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 2015-2019-cu illər ərzində Rusiya vətəndaşlığı alan əcnəbilər arasında 49,7 min Azərbaycan vətəndaşının da adı var.

2015-c ildə Rusiya vətəndaşlığı almış şəxslərin sayı 209,8 min, 2018-ci il 269,4 min və 2019-cu ildə 497,8 min nəfər təşkil edir.

2020-ci ildə bu göstəricinin 600 min nəfəri keçəcəyi gözlənilir. Xüsusən, Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşlarının Rusiya pasportu alması sadələşdirilib.

2015-2019-cu illərdə 678,8 min Ukrayna, 187 min Qazaxıstan, 146,1 min Tacikistan, 104,6 min Ermənistan, 92 min Özbəkistan, 69,5 min Moldova, 49,7 min Azərbaycan, 38,7 min Qırğızıstan, 18,7 min Belarus sakini Rusiya vətəndaşlığı qəbul edib.  

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR