Slimfit
  1. İQTİSADİYYAT

`50 hektardan çox sahəsi olanlara dövlət kombayn verəcək` - Rəsmi

`50 hektardan çox sahəsi olanlara dövlət kombayn verəcək` - Rəsmi
Sakura

`50 hektardan çox sahəsi olanlara dövlət kombayn verəcək` - Rəsmi

Kənd Təsərrüfatı Nazirlyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Faktxeber.com-a verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.

Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub.

Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüdətli, faizsiz kredit əsasında “Aqrolizinq” ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.

Qeyd edək ki, ötən il taxıl biçini zamanı fermerlər kombayn çatışmazlığı ilə üzləşmişdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR