Slimfit
  1. MARAQLI

5 qeyri-adi piyada körpüsü

5 qeyri-adi piyada körpüsü
Sakura

5 qeyri-adi piyada körpüsü

Müasir memarlar təkcə binalar deyil, həm də körpülər layihələndirir. Adam lap bəzilərinin xatirinə çamadanı yığıb səyahətə yollanmaq istəyr.

  1. Dragon King Kong Bridge və ya Əjdaha körpüsü, Çanşa, Çin

“Əjdaha” körpüsü çin fəlsəfəsində böyük əhəmiyyət kəsb edən Mobius ilməsi formasında yaradılıb. Xüsusilə gəzinti üçün yaradılmış tikilinin uzunluğu 185 metr, hündürlüyü isə 22 metrdir.

  1. Rolling Bridge və ya Yığılan körpü, London

Rolling Bridge uşaq konstruktorunu xatırladır. İlk baxışdan o Qran-Yunion kanalının üzərindən keçən adi körpü kimi görünür, amma ona gəm yaxınlaşanda dərhal qalxır və dairəyə çevrilir.

  1. Moses Bridge və ya Musa körpüsü, Xalsteren, Niderland

Konstruksiyanın unikallığı ondan ibarətdir ki, suyun üzərində olan adi körpü deyil, bu birbaşa suda salınmış körpüdür. O həqiqətən çayı ayrılmağa vadar edən peyğəmbərdir. Musa körpüsü həm də ən azı yarım əsr xidmət göstərəcək xüsusi emal olunmuş ağacdan hazırlanıb.

  1. Helix körpüsü, Sinqapur

Sinqapur həqiqətən gələcəyin şəhəridir, onun bütün memarlığı turistlərə bu barədə xatırladır. Körpülər də istisna deyil. Helix körpüsü insan DNT-ni xatırladır, 280 metrlik konstruksiya şəhərin iki böyük rayonunu birləşdirir. Körpüdə bir neçə mənzərəli meydan yerləşir ki, ondan Sinqapura əla görünüş açılır.

  1. Sky Bridge Langkawi və ya Səma körpüsü, Lanqkavi, Malayziya

Bu körpü isə əsəblərini oyatmaq istəyənlər üçündür. 120 metrlik tikili çox etibarsız görünür, axı onu sadəcə bir dayaq və bir neçə buraz saxlayır. Əslində, bu təəssürat aldadıcıdır, körpü çox etibarlıdır və onun möhkəmliyini minlərlə turist yoxlayıb.

 

Mənbə: Travelask.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR