Slimfit
  1. CƏMİYYƏT

5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

5 marşrut avtobusunun hərəkəti dəyişdirilir
Sakura

5 marşrut avtobusunun hərəkəti dəyişdirilir

Bakının “8 Noyabr” prospektində aparılan təmirlə əlaqədar 5 marşrut avtobusunun hərəkəti dəyişdirilir.

Bu barədə "Ölkə.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar “Dəniz Kənarı” küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

Qeyd edək ki, “8 Noyabr” prospektində aparılan təmir işləri ilə əlaqədar 23 may saat 8:00-dan 29 may saat 22:00-dək prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR