Dərc edildi: Baxış sayı: 735
5 ildən sonra "Hyundai"-dan yenilik
Hyundai ix55 və ya Cənubi Koreya, ABŞ, Kanada, Braziliya, Çin eləcə də bizim bazar üçün Hyundai Veracruz kimi tanınan modelin istehsalının dayandırılması ilə şirkət uzun müddət rəqibləri üçün E SUV seqmentini əlçatan etmişdi.
Fins.az xəbər verir ki, Hyundai şirkəti 5 ilə yaxın davam edən fasilədən sonra öz yeni nəhəngini olan Palisade modelini ABŞ istehlakçılarına təqdim etdi. Avtomobilin Azərbaycana gəlişi isə bir neçə gündən sonra mümkün olacaqdır.
Məhşur aparıcı Tural Yusifov Hyundai şirkətinin Azərbaycandakı nümayəndəsi Auto Azerbaijan şirkəti ilə birlikdə Azəraycan ərazisindəki ilk icmalının edilməsi üçün müsabiqə elan etmişdir. Müsabiqənin elanı zamanı Tural Yusifov, “Mən maşını sürməyəcəm. Siz oturacaqsınız sükana, Siz sürəcəksiniz, mən Sizə avtomobili tanıdacam və Siz emosiyalarınızdan danışacaqsınız” -deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət