Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

5 gözlənilməz mikrob mənbəyi

5 gözlənilməz mikrob mənbəyi
Sakura

5 gözlənilməz mikrob mənbəyi

Sabun reklamı görən hər kəs bakteriyaların bizi hər tərəfdən əhatə etdiyini bilir. Dəsmal, idman çantası, ofis fincanı, televizor pultu - bütün bu əşyalar mikroblarla doldur və bu məlum faktdır. Amma bizim təmiz hesab etdiyimiz şeylər zərərli mikrobların yayılması üçün münbit şərait ola bilər. Hər kəsə məlum olan zərər mənblərini yeni elementlərlə doldururuq.

Yuyulmuş alt paltarı

Arizona Universitetinin mikrobiologiya professoru Çarlz Herbin apardığı araşdırma göstərdi ki, alt paltarını yuduqdan sonra paltaryuyan maşında bağırsaq çöpü qalır ki, böyük ehtimalla sonra yuyulan paltarla düşür. 

Nə etmək lazımdır?

Bu vəziyyətdə daha bahalı yuyucu tozdan istifadənin xeyri olmur. Bakteriyaları öldürmək üçün 60-65°С temperaturunu qoymaq lazımdır: bu zaman onlar 15 dəqiqədən sonra ölür. Beləliklə, 100°С-də bu ani olaraq baş verir, buna görə də nə qədər isti etmək seçimini özünüz etməlisiniz. 

Avtomobilin ön şüşəsi

Kirli şüşə qəzaya səbəb ola bilər, amma təmiz olanı da bizim sağlamlığımıza təhlükə yaradır. Arizona Universitetinin alimləri aşkar ediblər ki, şüşə yuyucunun çənində legionellər - sətəlcəm və pontiak titrətməsinə səbəb olan bakteriyalar ola bilər. Əlbəttə, bu bakteriyalar əsasən qocalara və zəif immunitetli insanlara təsir edir, amma risk etməyə dəyməz. 

Nə etmək lazmdır?

İlin isti vaxtında olsa belə şüşə yuyucu üçün spirtli mayedən istifadə etmək. 

Yeni paltar

Nyu York Universitetinin mikrobiologiya və İmmunologiya kafedrasının müdiri Filip Terno mağazalardan yeni geyimləri test edərlən dəridə, nəcisdə və nəfəs sistemi ifrazatlarında yaşayan bakteriyalar aşkar edib. 

Nə etmək lazımdır?

Hər zaman yeni geyimi istifadə etməzdən əvvəl və mağazalarda gəzəndən sonra əlləri yumaq. 

Avtomobillərin alətlər paneli

Yuxarıda adını çəkdiyimiz professor Gerba 100 maşını test edərək salondakı ən çirkli yeri aşkar edib - bu alətlər panelidir. Onda avtomobilin daxilinə kondisioner sistemindən daxil olan mikroorqanizmlər yaşayır. Günəşin istiliyi isə onların sürətlə çoxalmasına şərait yaradır. 

Nə etmək lazımdır?

Həftədə bir dəfə paneli dezinfeksiya vasitəsi ilə təmizləmək. 

Kontakt linzalar üçün futlyar

Çində aparılmış araşdırma göstərdi ki, kontakt linzalar üçün futlyarların 34%-də serratiya və qızılı stafilokokk bakteriyaları var ki, onlar keratit - buynuq təbəqəni məhv edən və naidr hallarda korluq yaradan gözlərin infeksion xəstəliyinə səbəb ola bilər. 

Nə etmək lazmdır? 

Hər gün futlyarın mayesini tökmək və onu qaynar su ilə yumaq. Futlyarı hər 3 aydan bir dəyişmək, - mayeni isə iki, çünki bu vaxt ərzində o, antibakterial xüsusiyyətlərini itirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR