Slimfit
  1. MARAQLI

49 illik sevgi - 14 fevral tarixində tanış olub, bu tarixdə də ailə həyatı qurublar

49 illik sevgi - 14 fevral tarixində tanış olub, bu tarixdə də ailə həyatı qurublar
Sakura

49 illik sevgi - 14 fevral tarixində tanış olub, bu tarixdə də ailə həyatı qurublar

49 ildir evli olan cütlük 14 fevral tarixində tanış olub, bu tarixdə də ailə həyatı qurublar. 77 yaşlı Fərman Hüseynov həyat yoldaşını bu il də hədiyyəsiz qoymayıb. Olduqca pozitiv, həm də mehriban olan ailənin beş övladı var. Onların bir-biri ilə tanış olma hekayəsi də maraqlıdır.

Bir birini bulaq başında görüb və aşiq olublar. 1970-ci ilin 14 fevral tarixində tanış olan cütlük düz bir il sonra ailə həyatı qurub.

Keşməkeşli sevgi yolu keçən, Tovuzun Yuxarı Öysüzlü kəndində yaşayan xoşbəxt cütlük bu gün də bir-birilərini sevir, özlərinin təbirincə desək can deyib, can eşidirlər.77 yaşlı Fərman Hüseynov görüb vurulduğu Qiymət Hüseynova ilə 49 il əvvəl evlənib.

Onlar hər işi birgə görürlər.Həyət-bacada kişinin gördüyü ağır işlərə xanımı da köməklik edir.Asudə vaxtlarını isə stolüstü oyunlar oynamaqla keçirirlər.Cütlüyün 5 övladı, ondan çox nəvəsi var. Gəlini evdə olsa da 64 yaşlı Qiymət xanım həyat yoldaşına özü qulluq edir, harasa gedəndə də geyiminə çəki-düzən verir...

77 yaşlı Fərman kişi bu gün də həyat yoldaşına hədiyyə alıb,təbrik etməyi unutmayıb.

Mənbə  Xezerxeber.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR