Dərc edildi: Baxış sayı: 686
45 təbiət ərazisi xüsusi mühafizə olunur
Ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə 99,1 min hektar sahədə Qızılağac Milli Parkı yaradılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən xəbərə görə,bu ilin əvvəlinə olan məlumata görə, flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 11 dövlət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur.
Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət