Slimfit
  1. AZƏRBAYCANLI

42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu

42 yaşlı azərbaycanlı Amerikanı heyran qoydu
Sakura

Hal-hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov amerikalıları…

Hal-hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov amerikalıları bir daha heyran edib. 

BAKU.WS xəbər verir ki, NBC telekanalında nümayiş olunan "America's Got Talent: The Champions" teleşousunda çıxış edib. 

Səhnəyə çıxan 42 yaşlı soydaşımız nümayiş etdirdiyi nömrələrlə münsiflər heyəti ilə yanaşı, milyonlarla tamaşaçını şoka salıb.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı "America's Got Talent" yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir.

Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR