4,2 milyard dollarlıq xam neft və neft məhsulları ixrac edilib
Yanvar-mart aylarında Azərbaycandan 6 milyon 809,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 4 milyard 272,1 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 5 milyon 887,5 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 3 milyard 680 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari il müvafiq dövrdə neft bitumunun ixracı isə kəskin azalaraq 701 ton olub. İxrac edilən məhsulun dəyəri 220 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni aylarında ölkədən 34 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 7,8 milyon ABŞ dolları olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət