Slimfit
  1. TƏHSİL VƏ KARYERA

42 dilənçi uşağı təhsilə cəlb edən gənc müəllim

42 dilənçi uşağı təhsilə cəlb edən gənc müəllim
Sakura

42 dilənçi uşağı təhsilə cəlb edən gənc müəllim

Müəllimlərin Nobeli hesab edilən Global Teacher Prize mükafatının 2019-cu il üzrə 50 finalçının adı artıq açıqlanıb. İkinci mərhlədə isə namizədlərin sayı 10-a enəcək.

Əlliliyə düşməyi bacaran müəllimlər isə İngiltərə, Fransa, Hindistan, Seneqal, Amerika, Braziliya, Libanon, Somali, Kanada, İndoneziya, Yaponiya və s.  kimi ölkələrin vətəndaşlarıdır.

Müsabiqə gedişində Azərbaycandan TOP 50-liyə düşən olmasa da, Türkiyə bunu bacarıb. İzmir məkətblərindən birinə rəhbərlik edən Samet Başkonuş  müsabiqədə Türkiyəni təmsil edərək 50-likdə təmsil olunub.

AzEdu.az xarici mediaya istinadən beynəlxalq səviyyyəli müsabiqənin finalçıları sırasəna düşməyi bacaran müəllimin hansı keyfiyyətlərə görə seçildiyini və fəaliyyətini təqdim edir:

Müəllimlik fəaliyyətinə 2006-cı ildə başlayan Başkonuş  3  il sonra iş yerini dəyişərək əqli geriliyi olan şagirdlərə xidmət etməyi qərara alıb.  O,  bu məkətbdə daun, autism və digər sindromlardan əziyyət çəkən şagirdlərin dərslərinə kömək edib. İl yarım burada çalışdıqdan sonra başqa bir məkətbə direktor təyin edilib.

O, bu məkətbə rəhbərlik etdiyi müddətdə 24 000 dollardan çox vəsait toplayaraq məktəbdə oyun zalı, kitabxana, sənət mərkəzləri, kompüter otaqları yaradıb.

Direktorluq etdiyi müddətdə müxtəlif iş yerlərində valideynlərə dərs keçmək, artıq kağızları toplayaraq yenidən istehsalata vermək və şagirdlərin onlardan istifadəsinə şərait yaratmaq kimi xeyriyyə işləri ilə məşhurlaşıb.

O, ölkəyə yeni gələn, adaptasiya olmaqda çətinlik çəkən Suriyalı şagirdlərə dəstək olmaq üçün də xeyli işlər görüb. Nəticədə 42 dilənçi uşaq orta məktəbdə təhsilə başlayıb.

Gənc müəllim şagirdlərin digital bacarıqlarının inkişafı üçün də xeyli layihələr reallaşdırıb. O, şagirdlərə onlayn dərslərdən də yararlanmaq imkanı yaradıb. Elektron layihələr çərçivəsində  14 fərqli ölkə və 300-dən çox məktəblə ortaq layihə həyata keçirərək, şagirdlərin beynəlxalq miqyasda yetişməsinə şərait yaradıb.

Bu günəcən şagirdlərə dərsdən kənar müxtəlif təlimlər verən, 2 kitabı işıq üzü görən Samet Başkonuş digər mükafatların da sahibidir. O, 2018-ci ildə “Ətrafa Xidmət”, “Qızıl Qələm”, 2017-ciildə “İlin müəllimi” mükafatlarının sahibi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR