40 sürücü cərimələndi
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Zaqatala rayonu ərazisində reyd keçirib. “Qafqazinfo” xəbər verir ki, məqsəd avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədi daşıyan reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, sürücülük hüququ olmayan, sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı 80-dən artıq avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 40-nın sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Eyni zamanda yol polisi əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıb, onları sükan arxasında diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.
Mənbə: qafqazinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət