Dərc edildi: Baxış sayı: 806
4 min il yaşı olan şəhər tapıldı
Mütəxəssislər şəhərin Akkadlar dövrünə aid olduğunu düşünürlər
Fransa Milli Elmi Araşdırmalar Mərkəzi açıqlayıb ki, fransız arxeoloqlarının Zaqros dağları ətrafında - Süleymaniyyə şəhəri yaxınlığında apardıqları arxeoloji qazıntılar nəticəsində qədim şəhər tapılıb.
AzNews.az xəbər verir ki, mütəxəssislər şəhərin 4 min il əvvələ, bizə məlum olan ilk dövlət Akkadlar dövrünə aid olduğunu deyirlər.
Onların fikrincə, həmin şəhərdə lullubilər adlı xalq yaşayıb.
2012-2018-ci illərdə ərazidə aparılan qazıntılar nəticəsində 2 min il əvvələ aid sənət əsərləri də tapılmışdı.
Cavidan Mirzəzadə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət