Slimfit
  1. DÜNYA

4 iyul - Beynəlxalq Əsir Delfinlər Günüdür

4 iyul - Beynəlxalq Əsir Delfinlər Günüdür
Sakura

4 iyul - Beynəlxalq Əsir Delfinlər Günüdür

4 iyul - Beynəlxalq Əsir Delfinlər Günüdür. Bu gün 2009-cu il iyulun 4-də Avropa Heyvan Rifahı Qrupu İttifaqı tərəfindən keçirilən kampaniya çərçivəsində qeyd edilməyə başlanılıb.

"Qafqazinfo"nun məlumatına görə, Avropa İttifaqı ərazisində 33 delfinariya var və burada 6 müxtəlif növdən 290 dəniz məməlisi saxlanılır. Sayına görə ən çox delfinariya İspaniyadadır (11).

Delfinlərin dünyada 40-dan çox növü var. Cəld və sürətlə üzən delfinlər inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbuletmə sistemlərinə malikdir. Alimlər müəyyən ediblər ki, delfinlərin bir-biri ilə ünsiyyət qurması üçün 14 minə qədər səs siqnalından ibarət “lüğət ehtiyatları” var. Onların səmtbilmə qabiliyyətləri çox yaxşı inkişaf edib. Belə ki, delfinlər şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultrasəslər buraxır və balıqlara toxunub qayıdan həmin səsləri tutmaqla ovlarını tapırlar. Delfinlər gec böyüyür və 20-30 ilə qədər yaşayırlar.

Həmin dəniz canlıları dünya faunasının “ən zəkalı”ları sırasındadırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR