Slimfit
  1. CƏMİYYƏT

3D printerlərin ölkəyə gətirilməsi qadağandır? - Rəsmi

3D printerlərin ölkəyə gətirilməsi qadağandır? - Rəsmi
Sakura

3D printerlərin ölkəyə gətirilməsi qadağandır? - Rəsmi

Ötən gün sosial şəbəkə istifadəçilərindən biri ölkəyə gətirdiyi 3D printerin Dövlət Gömrük Komitəsi tərəfindən saxlanıldığını iddia edib. Paylaşımda deyilir ki, Komitə tərəfindən fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə 3D printer gətirməsinə icazə yoxdur.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yazılan bu kimi iddialar əsassızdır:

“3D printerlərin dövriyyəsi qadağan olmadığından onların ölkəyə gətirilməsi üçün heç bir maneə yoxdur.

İstər fiziki və hüquqi şəxslər, istərsə də rezident və qeyri-rezidentlər tərəfindən 3D printerlərin ölkəyə gətirilməsinə heç bir qadağa qoyulmayıb. Sadəcə olaraq, vətəndaşlar bəzən hansısa qanunvericiliyi pozduqları üçün malları saxlanılır.

3D printerlərin istər kommersiya məqsədilə, istərsə də şəxsi istifadə üçün gətirilməsinə heç bir qadağa yoxdur. Bu məlumatlar əsassızdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR