Slimfit
  1. İQTİSADİYYAT

3D printerində necə pul qazanmaq olar: 5 ən yaxşı yol

3D printerində necə pul qazanmaq olar: 5 ən yaxşı yol
Sakura

3D printerində necə pul qazanmaq olar: 5 ən yaxşı yol

3D printerini tibb, elektron, avtomobil və qida sənayelərində, hətta evlərin inşasında artıq tam istifadə olunan universal bir alət adlandırmaq olar. Bu cihaz vasitəsilə ev şəraitində pul qazanmağın da çeşidli üsulları var. Biz belə əlavə qazancın real perspektivlərindən danışacağıq.

Dediyimiz ki, evdə 3D printer ilə pul qazanmağın bir çox yolu var. Və bunun üçün müəyyən bir sərmayə tələb edilsə də, zamanla əvəzi ödənir. Əsas odur ki, biznes layihələrini həyata keçirmək üçün imkanlar və printerdə çap olunacaq məhsullara tələbat düzgün qiymətləndirilsin. Ens.az ichip.ru portalına istinadən ev şəraitində plastik hissələri çap etmək üçün 3D qurğusundan istifadə edə biləcəyiniz 5 istiqaməti təqdim edir.

Unikal əşyaların istehsalı

3D printer ilə pul qazanmağın ən populyar yolu unikal əşyalar çap etməkdir. Məsələn, moda aksesuarları - çantalar, kəmərlər və hətta bütöv kostyumlar. Bir sözlə bu sahə geniş istehsal üçün kifayət qədər əlverişlidir. Doğrudur, paltarın qiyməti nisbətən yüksək olacaq - amma başqa yolla bunu etmək onsuz da nəticə verməyəcəkdir. Printer sahibi üçün aşağı qiymət təklif etməklə müştərilər tapmaq və digər icraçıların təklifləri ilə tanış olmaq kifayətdir.

Əyləncə gecələri və təntənəli tədbirlər üçün tematik kostyumların sifarişçilərinin axtarışı üçün İnternetdə forumlardan və qruplardan istifadə etmək lazımdır. Eyni şeyi oyun və film həvəskarları arasında müştərilərin tapılması üçün də etmək lazımdır, bu müştərilər yalnız özəl geyimləri deyil, həm də onlara uyğun aksesuarları - məsələn, zərgərlik və ya personajların silah-əsləhələrini sifariş edə bilərlər.

3D printerdə çap edilən unikal əşyaların siyahısı bunları əhatə edə bilər:

  • bijüteriya;
  • smartfonlar üçün örtüklər;
  • qulaqlıqlar üçün eksklüziv yastiqçalar;
  • stəkanaltılar;
  • plastik alətlər — qayka açarları və hətta çəkiclər;
  • telefon, bıçaq, masaüstü əşyalar, eynək və ya butulka üçün tutacaqlar.

Bir 3D printerdə pul qazanmaqdan əvvəl belə eksklüziv detalların çapı üçün yarayan modeli seçmək lazımdır.

Geniş çap imkanlarına malik olan FDM cihazı bu baxımdan yaxşı variant ola bilər. Bu qurğu döş panelləri və ya kostyum dəbilqəsi kimi böyük elementləri çap etməyə imkan verir. Bu printerdə hətta kiçik ölçülü əşyaları da eyni sadəliklə hazırlamaq mümkündür.

Bu modellərdən biri də 20x20x21 sm iş kamerası olan Picaso Designer X Pro-dir. Bu printerin çap sürəti 100 kub. sm / saat, qiyməti isə təxminən 8.000 manatdan başlayır.

Suvenirlərin və muzey eksponatlarının surətlərinin 3D çapı

3D printerin ən çox satılan məhsullarından biri kimi suvenir məhsulları adlandırmaq olar. Məsələn, müştəri -şirkətin adı yazılan brelok və ya fincanlar. Başqa bir maraqlı variant məşhur muzeylərin eksponatlarının, məşhur memarlıq üslubu ilə seçilən görməli yerlərin və ya heykəllərin maketlərini düzəltməkdir. Bunun üçün printer sahibinin yaşadığı şəhərdə yerləşən obyektləri istifadə etmək daha yaxşıdır - bu, alıcı tapmağı asanlaşdıracaqdır.

Ultimaker 3 Extended maket və suvenir çap üçün uyğun bir texnologiya sayıla bilər. Bu modelin xüsusiyyəti eyni vaxtda iki materialı çap etməsi, səs-küy səviyyəsinin aşağı olması və saniyədə 300 mm-ə qədər sürətlənmə imkanı verən ikiqat ekstruziyadır.

3D printer, plastik kütlənin müxtəlif növlərindən istifadə edərək çap edə bilir. Belə bir cihazı təxminən 10.000 manat məbləğində ala bilərsiniz.

İnsanların 3D surətlərinin alınması

Üç ölçülü printerdə pul qazanmağın yolları arasında orijinal variantlar kimi bir şeyi də fərqləndirmək olar - müştərilərin kiçildilmiş surətlərini çap etmək. Fiqurlar əvvəlcə əl 3D-skanerinin köməyi ilə skan edilir — buna təxminən 10 dəqiqə gedir. Skan etmə vaxtı əsas — insanın hərəkətsiz durmasıdır. Sonra model dizayner tərəfindən düzəldilir və nəhayət çap olunur. Bu cür fiqurları yaratmaq üçün xüsusi proqram təminatı və uyğun bir printer istifadə olunur.

 

Qiyməti hətta 7-8 min manata qədər olan nisbətən ucuz modellərdə belə 3D modelləri çap edə bilərsiniz. Lakin bu işə cəlb olunan şirkətlərin əksəriyyəti daha funksional və bahalı qurğulardan istifadə edirlər. Məsələn, təxminən 250.000 manata başa gələn ProJet 860Pro - və ya üç qat daha ucuz olan ProJet660Pro. Printer eyni anda 5 materialdan və 1 kubdan istifadə edə bilir. 1 sm çap məhsulunun qiyməti isə 80 qəpik təşkil edir.

Qida məhsullarının istehsalı

3D printerinin sahibi üçün pul qazanmağın başqa bir yolu qida məhsullarını çap etməkdir. Bunun üçün uyğun bir cihaz qiyməti 6 min manatdan başlayan Chocola3D modeli ola bilər. Cihaz müxtəlif növ məhsullar - şokolad və şirədən tutmuş xummusa, meyvə pastalarına və pastaya bənzər qida yeməklərinə qədər istehsal edə bilir.

Bu cihazlarda çeşid nisbətən azdır. Lakin zamanla onların sayı artır. Bu cür printerlərdən istifadə etməklə əldə edilə bilən məhsullar arasında yalnız şokolad deyil, həm də şəkərli fiqurlar, konfet, fiqurlu xəmir və hətta makaron da var. Çap məhsulu nə qədər unikal və cəlbedici olacaqsa, ona tələbat da o qədər yüksək olacaqdır. Məhsulları sifariş əsasında çap edə bilərsiniz, məsələn, ad və ya loqotip şəklində. Bu cür printerlər daha çox sənaye məhsulları ilə əlaqəlidir, buna görə sifariş vermək üçün səlahiyyətli satıcılarla əlaqə saxlamalı olacaqsınız. Plastik modellər üçün nisbətən ucuz ev modellərindən istifadə etmək daha yaxşıdır.

 

Ehtiyat hissələrinin yaradılması

3D printerdən istifadə edərək ehtiyat hissələri istehsal etmək heç də az gəlirli deyil. Bunlar pərakəndə satışda demək olar ki, rast gəlinməyən məişət texnikası və elektronika hissələri ola bilər. 3D printerdən istifadə edilərək hazırlanmış elementlərə bu cür cihazların sahibləri arasında tələbat olacaqdır, çünki onlar zədələnmiş cihazları atmaq əvəzinə, onları təmir edə biləcəklər. Bu vəziyyətdə ancaq sifariş əsasında işləmək lazım gəlir, çünki hansı hissələrə ehtiyac olduğunu qabaqcadan görmək mümkün deyil.

3D printerin sahibi avtomobil hissələri istehsalından da pul qazana bilər. Məsələn, plastikdən hazırlanmış dişli çarxların, həcmli yazılar və gerblər, fara yuyucuları, avtomobil radio yuvaları və tablosu hissələri. Bu cür hissələri satmaq üçün xidmətlərini müvafiq hissələrdə təklif edən sosial şəbəkələrdə ixtisaslaşmış avtomobil icma və qruplarını axtarmalı olacaqsınız.

Bu cür detalları və ehtiyat hissələrini çap etmək üçün bir printer seçəsi olsanız, XYZPRINTING da Vinci 1.0 3D printerinə diqqət yetirməlisiniz. Qurğunun xüsusiyyətlərinin arasında — işçi sahəylə bağlı kamera 20x19x20 santimetr, alınan məmulatların keyfiyyətli detallaşdırması, iki müxtəlif materialdan eyni zamanda istifadə etmək bacarığını qryd etmək olar. Model skan etmənin, oymanın (naxış açmanın) və orta ölçünün detallarının çapının öhdəsindən də əla gəlir.

Qazanc üçün perspektivlər

İşin istiqaməti barədə qərar verərkən, avadanlıq almaq üçün nə qədər pul tələb ediləcəyi və nə qədər qazana biləcəyinizlə tanış olmaq zərər verməz. Printerləri 700 azn.dən tutmuş 25 mın manata və daha yüksək qiymətə olanları almaq olar. Təbii ki, bahalı olanlar peşəkar cihazlardır. Ancaq kifayət qədər uciz olan və həvəskar versiya da 3D fiqurları yaratmaq üçün yetərlidir. Sürət və keyfiyyətli çap üçün özəlliklə yüksək temperaturlu plastik kütlələri- felomenami ) professional-modelləri seçmək daha yaxşıdır.

Bir cihazın xərcini çaxarması müddəti bir çox amildən asılıdır

  • müştəri bazası;
  • 3D modelləri yaratmaq bacarıqları;
  • xammalın dəyəri;
  • məhsulun yenilənməsi üçün imkanlar - məsələn, plastikdən hazırlanmış kostyum hissələri parça bazasına birləşdirmək lazım olacaq.

Printer sahiblərinin təcrübəsindən göründüyü kimi, avadanlıqların öz maya dəyərlərini çıxarma müddəti təxminən 1 ildir. Şokoladdan və kifayət qədər sayda müştərisi olan digər qənnadı məmulatlarından məhsullar tökmək üçün istifadə olunan qurğular çəkilən xərci daha sürətli çıxarır.

İşin xüsusiyyətləri

Öz işinizi qurmaq üçün evdə 3D printerdən istifadə etmək niyyətindəsinizsə, müəyyən çətinliklər barədə bilməlisiniz:

  • Ən müasir modellərin köməyi ilə çap etmək də həmişə uğurlu alınmır. Çapdan əvvəl, çap formaıarını və məhsulun ölçülərini nəzərə almalısınız.
  • Fərdi şəxslər üçün mövcud olan 3D printerlərin əksəriyyəti yalnız bir rəngli çap təmin edir. 2 ekstruderli modellər 2 rəng ilə işləyir, lakin çalarlar arasında hamar bir keçid əldə edə bilməzlər - sərhəd aydın və nəzərə çarpan olacaqdır.
  • Detalın çapından sonra adətən hissələri sumbata kağızının, əyənin və həlledicilərin köməyi ilə emal etmək lazım olur. Çox vaxt hazır məhsulları rəngləmək lazım gəlir.
  • Parçaların dəyərini hesablayarkən, yalnız əsas materialın deyil, həm də həlledicilər və boyalar da daxil olmaqla əlavə istehlak materiallarının da xərclərini nəzərə almalısınız. Bu, hazır məhsul üçün hansı qiymətin təyin olunmasına kömək edəcək - işin sərfəli və eyni zamanda rəqabətli olması üçün.

Printer və skanerlərlə işləmək üçün xüsusi proqram və bacarıqlara ehtiyacınız var. 3D çapdan pul qazanmağa qərar verən bir sahibkarın mütəxəssis köməyinə ehtiyacı olması mümkündür. Yox, əgər tək işləmək istəyirsinizsə, 3D modelləşdirməsini öyrənməyə vaxt sərf etməyə dəyər - məlumat və onlayn kursları ixtisaslaşdırılmış saytlarda tapmaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR