Slimfit
  1. TEXNOLOGİYA

3D printerdə qədim musiqi aləti çap edilib

3D printerdə qədim musiqi aləti çap edilib
Sakura

3D printerdə qədim musiqi aləti çap edilib

18-ci əsrə aid fleyta 3D printerdən istifadə edilərək çap edilib.

Mütəxəssislər 2500 illik tarixə malik olan fleytanın surətini çap ediblər. 3D printerdən istifadə edilərək çap olunan qədim musiqi alətinin hazırlanmasında əsas məqsəd antik alətlər mirasını inkişaf etdirmək və onları mədəni irsin saxlanılması üçün yenidən yaratmaqdır.

“Nauka” telekanalının məlumatına görə, daha sürətli nəticə əldə etmək istəyən tədqiqatçılar rentgen şüalarından istifadə edərək alətin əl ilə hazırlanmış nüsxəsinin dəqiq xüsusiyyətlərini araşdırıblar. Aparılan araşdırmaların nəticəsi olaraq, müasir 3D çap vasitəsi ilə fleytanın daha tez-cəmi 24 saat ərzində təkrar istehsal edilə biləcəyi və daha münasib məbləğə başa gələcəyi məlum olub.

Mütəxəssislər musiqi alətinin əl ilə hazırlanmış və 3D nüsxəsini eyni kompozisiyanın ifa edilməsi ilə sınaqdan keçirib, ikisinin səsi arasında fərq görməyiblər.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR