Slimfit
  1. TARİX

39 il əvvəl Meksikada tapılan nəhəng qızıl külçəsi Atstek xəzinəsi olduğu ortaya çıxdı

39 il əvvəl Meksikada tapılan nəhəng qızıl külçəsi Atstek xəzinəsi olduğu ortaya çıxdı
Sakura
:0

Alimlər uzun müddət bunun mənşəyini müəyyənləşdirməyə çalışırdılar

Ens.az xəbər verir ki, Mexiko şəhərinin mərkəzindəki Alameda parkında tikinti işləri zamanı 1.93 kq ağırlığında bir külçə tapıldı. 39 ildir ki, mənşəyi sirr olaraq qalırdı. Lakin, Milli Antropologiya və Tarix İnstitutu (INAH) tərəfindən edilən yeni bir araşdırma onun tarixini bərpa etməyə imkan verdi.

8 noyabr 1519-cu ildə Kortes atstexlərin paytaxtı Tenoçtitlanı işğal etdi və hökmdar II Montetsumanı girov götürdü, xəzinələrini mənimsədi. Ancaq bir ildən az müddət sonra onun ordusu tələsik şəhərdən geri çəkildi. Alimlər hesab edir ki, 30 iyun 1520-ci ildə baş verən bu hadisə zamanı Hernan Kortesin qoşunları tərəfindən külçə itirildi. O tarixə "Kədər gecəsi" adı ilə daxil oldu.

1520-ci ilin iyun ayında rəsmi icazə almadan ekspedisiyaya başlayan Kortes, Kubadakı ispan qubernatorunun onu həbs etmək üçün bir qrup əsgər göndərdiyini bildi. Bundan sonra leytenant Pedro de Alvaradonu Tenoçtitlana komandan olaraq təyin etdi və gələn əsgərlərə müqavimət göstərmək üçün ordunun bir hissəsi ilə yola düşdü.

Kortesin olmaması zamanı Alvarado atsteklərin ona hücum edəcəyindən qorxmağa başladı və bir neçə zadəgan nümayəndəsini öldürdü. Atstek qiyamını təhrik edən son hadisə II Montetsumanın ölümü oldu, bundan sonra ispanlara qarşı bir sıra şiddətli hücumlar təşkil edildi.

Fəthçilər Tenoçtitlandan qaçmaq qərarına gəldilər. Kortesin qoşunları ələ keçirdikləri bütün talan edilmiş xəzinələri özləri ilə apardılar. Yəqin ki, bu anda onlardan biri təsadüfən külçəni Tenoçtitlan kanallarından birində salıb, harada ki, külçə beş əsr boyunca qalıb. Rentgen şüalarından istifadə edilən bir araşdırma külçənin o dövrün digər atstek məhsullarına uyğun olduğunu göstərdi. Alimlərin fikrincə, bu qızıl "Kədər gecəsi" hadisələrinin əsas sübutudur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR