Slimfit
  1. DÜNYA

37 milyard dollarlıq sərvətinin yarısını bağışlayacaq

37 milyard dollarlıq sərvətinin yarısını bağışlayacaq
Sakura

37 milyard dollarlıq sərvətinin yarısını bağışlayacaq

Nəhəng elektron ticarət şirkəti Amazon-un qurucusu və dünyanın ən varlı adamı qəbul edilən 55 yaşındakı Jeff Bezos-dan boşanmasından sonra təxminən 37 milyard dollarlıq sərvətin sahibi olan 48 yaşındakı MacKenzie Bezos, mirasının yarısını bağışlayacağını açıqlayıb.

"Marja" xəbər verir ki, MacKenzie Bezos yaydığı yazılı açıqlamasında, boşanmadan əldə etdiyi 37 milyard dollarlıq sərvətin yarısını ''Giving Pledge'' adlı xeyriyyə hərəkətinə bağışlayacağını bildirib.

Paylaşmaq üçün xeyli pulu olduğunu qeyd edən Bezos, "Kassam boşalana qədər kömək etməyə davam edəcəyəm" ifadələrini istifadə edib.

37 MİLYARD DOLLARLIQ BOŞANMA 

Amazon-un qurucusu və dünyanın ən zəngin adamı olan 55 yaşındakı Jeff Bezosdan boşanan MacKenzie Bezos, təxminən 37 milyard dollarlıq sərvətin sahibi olmuşdur.

Cütlüyün boşanma razılaşmasına görə, MacKenzie dünyanın ən dəyərli şirkəti olan Amazonda 35,6 milyard dollar dəyərində payını qoruyur.

Jeff Bezosun 1994-cü ildə evinin qarajında qurduğu Amazon-un ilk işçilərindən biri yazıçı həyat yoldaşı MacKenzie olmuşdu. 1993-cü ildə evlənən cülüyün 4 uşağı var. 

Forbes jurnalına görə, Amazon-dakı səhmləri MacKenzie Bezosu dünyanın ən zəngin 3-cü qadını edərkən, Jeff Bezos dünyanın ən zəngin adamı olmağı davam etdirəcək.

Jeff Bezosun yalnız Amazondakı səhmləri 107 milyard dollar dəyərindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR