Dərc edildi: Baxış sayı: 343
“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək
Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri qeyd etdiyim sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları təxminən gələn ilin birinci yarısına planlaşdırılan ikinci nazirlər görüşünə ev sahibliyi edəcək türkiyəli həmkarlarımız koordinasiya edəcək”, - Lavrov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət