Slimfit
  1. AZƏRBAYCAN

31 Mart soyqırımında qətliam törədilən Quba kəndi

31 Mart soyqırımında qətliam törədilən Quba kəndi
Sakura

31 Mart soyqırımında qətliam törədilən Quba kəndi

Qubanın Alpan kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biri hesab olunur. Bu kənd 1918-ci ildə ermənilər tərəfindən ən çox hücuma məruz qalan kəndlərdəndir.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Erməni vandalları 1918-ci ildə Alpana üç istiqamətdə qəfildən hücum edərək öz çirkin əməllərini həyata keçiriblər. Silahsız, əliyalın sakinlərin bir hissəsi meşələrə qaçaraq öz canını qurtarsa da, ermənilər kənd əhalisinin əksəriyyətini vəhşicəsinə öldürüb, işgəncələrə məruz qoyublar. 

Erməni dəstələrinin hücumunda əsas məqsəd müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirmək olub. Kənddə bütün evləri yandıran ermənilər təkcə dinc sakinləri qətlə yetirməyib, kənd qəbiristanlığındakı baş daşlarını belə gülləbaran ediblər. Güllələrin izləri baş daşlarının üzərində hələ də qalmaqdadır. 

Müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirən ermənilərin digər məqsədi isə Azərbaycanın tarixi abidələrini yer üzərindən silmək olub. Elə buna görə də Alpanda olan tarixi qəbirləri dağıdan düşmənlər XVI əsrə aid Subaba türbəsini də yandırıblar.

1918-ci ilin aprel-may aylarında talanlara və yanğınlara məruz qalan Quba qəzasında 167 kənd tamamilə dağıdılıb. 

Qeyd edək ki, 31 mart soyqırımı nəticəsində 6 000 Quba sakini bu faciənin qurbanı olub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR