30 yaşınız varsa bunları edin – Təcrübədən keçmiş həyat dərsləri
Həyatın və yaşanılanların ən dəyərli müəllim olduğunu bildirirlər. İnsanların əksəriyyəti ən vacib dərsləri yaşayaraq məhz çətin yoldan öyrənirlər.
İdeapod sosial media platformasının təsisçilərindən olan Justin Brown da yaşadığı çətin anlardan çıxardığı ən vacib dərsləri bir araya gətirib:
“30 yaşından kiçiksinizsə burada paylaşdığım hər dərsi mümkün qədər diqqətli düşünün. Yaşınz 30-dan yuxarıdırsa və hələ də bu dərslərdən bəzilərini öyrənməmisinizsə, bunları anlayıb qavramaq zamanıdır”.
Kimsə sənə yardım etməyəcək
Öz həyatın üçün məsuliyyət hiss etməlisən. Hər şey sənə bağlıdır. Özünə yardım etməlisən.
Hər şeyi edə bilməzsən
Daxilində xüsusi bacarıqlar hiss edə bilərsən. Bu gözəl hissidr. Ancaq məhdudiyyətlərin var. Hər dəfə diqqətinizi tək bir şeyə yönəldin.
Uğursuzluqların əslində əhəmiyyəti yoxdur
Uğursuzluqlarınızın bəhrəsini əldə etmək üçün sıraya girin. Nə qədər tez zamanda uğursuzluq əldə etsəniz o qədər daha tez qazanmağa başlayarsınız.
Mütəmadi olaraq idmanla məşğul olun
Sağlamlığınıza və vücudunuza yaxşı baxın. Çünki böyük ehtimal hər biri hazırda yaxşı vəziyyətdədir. Ancaq yaşlandıqca mütəmadi idmanla məşğul olduğunuz üçün özünüzü xoşbəxt hiss edəcəksiniz.
Ümidsiz olma
Xəyalların vacibdir. Verdiyin mübarizəyə dəyəcək. Bu səbəbdən gələcəyə ümidsiz baxmayın.
“Daha sonra” demək “əsla” deməkdir
Etməli olduğunuz işləri ertələməyə çalışsanız, əsla edə bilməyəcəksiniz. Bunun üçün hər işi vaxtında edin.
Təcrübə və duyğular puldan daha vacibdir
Bank hesabınızda pulunuzun olması əlbəttə gözəl hissdir, ancaq geriyə dönüb baxdığınızda yaşamağa dair sizi təmin edən şeylərin təcrübələrdən əldə etdiyiniz duyğular və xatirələr olduğunu görəcəksiniz. Vacib də olan bunlardır.
İndidən pul toplamağa başlayın
Yuxarıda qeyd edilənlər xaric pul da vacibdir. Ancaq bahalı bəzəkli aksesuarlar almaq üçün deyil. Gəlirinizin müəyyən qismini mütəmadi olaraq toplayın. Bunu isə özünüzə vərdiş edin. İndi başlayın və gələcək illərdə mənə təşəkkür edəcəksiniz.
ƏN ŞANSLI İNSANLAR ƏN ÇOX ÇALIŞANLARDIR
Həyatda şanslı olmaq sizin dayanaqlılığınıza bağlıdır. Çox çalışsanız şans ayağınıza gələcək.
Dünya ədalətsizliklərlə doludur
Həyatın sizi ən pisinə hazırlandığından əmin olun. Çünki daha betər də ola bilər. Mübarizə aparmağı bilməlisiniz.
Yolunun kəsişdiyi hər insan vacibdir
İnsanlar düşündüyünüz kimi olmaya bilər. Onların həyatlarına və olduqları yerə hörmət edin.
Başlamaq üçün doğru zaman deyə bir şey yoxdur.
Nəisə etmək istəyirsənsə indi başla. İrəliyə doğru kiçik bir addım at. Edə biləcəklərin budur.
MƏNFİ MÜNASİBƏTLƏRİNİZİ ARXANIZDA BURAXIN
Pis gedən münasibətinizi düzəldə bilmirsinizsə yolunuza ayrılaraq davam edin. Amma bunu hörmət çərçivəsində edin.
Xarakterinin zəif tərəflərində ilişib qalma
Hər kəsin zəif cəhətləri var. Özünə bunu etiraf et. Onu idarə etməyin yolunu tap.
Təhsil məktəb və universitetlə bitməz
Həyat son nəfəsinə qədər öyrənməyə bağlıdır. Elmini artır.
MƏQSƏDİN ÜÇÜN VAXT AYIR
Hədəfinə çatmaq qulağa xoş gəlir, amma inanın gözləniləndən daha uzun çəkir. Qət etdiyin yolu mənimsə və hədəfin üçün daha da çalış.
Ailə üzvlərin həyatındakı ən vacib adamlardır.
Ailədən icazə almaq asandır. Ancaq yaşlandıqda sənə bu an sahib olduğun həyatı vermək üçün nələr yaşadıqlarını xəyal etdiyində onları bir daha təqdir edəcəksən. Onlara yaxşı davran, onları olduğun kimi qəbul et və onlara hər fürsətdə sevdiyini göstər.
Online sosial şəbəkə dostların əsil dostların deyil
Bu bir gerçəkdir. Əsil dostluq sən dara düşəndə yanında olandır.
Həyatın çoxdan başladı
Həyatda test üçün şansın yoxdur. Gerçəyi budur. Sən onsuz da oynayırsan. Bunun məsuliyyətini dərk elə. Hər anın daxilində fürsətlər var.
Mənbə: gencaile.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət