Dərc edildi: Baxış sayı: 1816
30 dəqiqədə bakteriya ölçən cihaz - Tibdə yeni kəşf
Bir neçə dəqiqəyə orqanizmdə bakteriyanın olub-olmadığını yoxlamaq üçün xüsusi cihaz hazırlanıb.
Medicina.az-ın xəbərinə görə, bu cihaz sayəsində yersiz antibiotiklərin istifadəsinin minimuma endiriləcəyi proqnozlaşdırılır.
Bəhs olunan testlərin nəticələri günlərlə vaxt alarkən, bu cihaz sayəsində bir neçə dəqiqəyə cavab əldə etmək mümükündür. Həmçinin bu üsuldan sonra pasientlərin antibiotiklə müalicə üsullarının da azaldılması nəzərdə tutulur.
Cihaz yarım saat ərzində bədəndəki bakteriyaları ölçür və aşkarlanan bakteriyanın müalicəsinin mümkünlüyü yoxlanılır. Sözügedən qurğu ABŞ-ın Pensilvaniya Universitetində ixtira olunub. 3 ildən sonra özəl klinikalarda istifadə ediləcəyi bildirilib. İxtira patent almaq üçün ‘Proceedings of the National Academy of Sciences’ adlı elmi dərgidə yayımlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət