Slimfit
  1. TEXNOLOGİYA

30 dəqiqə ərzində enerji toplayan yeni smartfon təqdim olunub

30 dəqiqə ərzində enerji toplayan yeni smartfon təqdim olunub
Sakura

30 dəqiqə ərzində enerji toplayan yeni smartfon təqdim olunub

“Oppo” şirkəti Çində ən məhsuldar smartfonlarından birini – “Reno Ace” təqdim edib.

ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Reno Ace” smartfonu “Snapdragon 855 Plus” prosessoru, “Full HD” formatlı 6,5 düymlük displey, həmçinin 4 kamera ilə təchiz edilib. Əsas kamera 48 mp-lik “Sony IMX586” sensoru ilə təchiz edilib. Aparat 13 mp-lik və 5 qat zum funksiyasına malik teleobyektivə malikdir. Həmçinin genişbucaqlı kamera və ağ-qara sensor mövcuddur.

Əməli yaddaşın tutumu 12 QB-dır. “Dolby 5.1” texnologiyası, kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi mövcuddur.

“Reno Ace” smartfonuna 4000 milliamper/saat tutumunda ikielementli akkumulyator quraşdırılıb. Sürətli enerji doldurmaq üçün 65 vatlıq “SuperVOOC” texnologiyası hazırlanıb. “Oppo” şirkətinin rəsmisi bildirib ki, batareya 30 dəqiqə ərzində tam enerji (100%) toplayır. 5 dəqiqəlik şarj isə qurğudan 2 saat istifadə etmək üçün kifayət edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR