Dərc edildi: Baxış sayı: 490
3 yaşlı uşaq atasının telefonuna görün nə etdi?
Amerikalı jurnalist Evan Osnos “İpod”nun 48 illik müddətlə kilidləndiyini gördükdə həyatının şokunu yaşayıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Osnosun 3 yaşlı oğlu “İpod” şifrəsini yalnış dəfələrlə yalnış yazdığı üçün cihaz 25 milyon dəqiqəliyə kilidlənib.
Jurnalist 25 milyon dəqiqəliyə kilidlənən cihazı xilas etmək üçün kilid ekranın fotosunu paylaşaraq Tvitter istifadəçilərinən kömək istəyib.
Bir Tvitter istifadəçisi “Apple”də işləyən dostu ilə əlaqə saxlayaraq bu qəribə vəziyyətin səbəbini soruşub və cihazın bir də işləməyəcəyini bildirib. Başqa bir istifadəçi isə “telefonunuzda saxladığınız göstəriciyə bağlı olaraq bu müddət 6 min və 12 min arasında dəyişə bilər” cavabını yazıb.
Şanssız jurnalistə kömək edənlər olsa da, istifadəçilərin bir çoxu bu vəziyyəti gülünc olaraq qarşılayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət