Slimfit
  1. CƏMİYYƏT

3 kiloqramlıq çörək

3 kiloqramlıq çörək
Sakura

3 kiloqramlıq çörək

Həm çəkisi, həm də bişirilmə qaydaları ilə seçilən bu çörəyin digərlərindən fərqləndirən özünəməxsus cəhətləri var.Çörəyin bişirilməsindən danışan  Nuranə xanım deyir ki, xəmir səhər tezdən yoğurulur,əvvəlcədən hazırlanmış təbii maya,el dili ilə desək,balatı ilə yoğurulmuş xəmir ən azı iki saat üstü bağlanaraq acımaq üçün müəyyən istilikdə saxlanılır.

Kürənin lazımi səviyyədə qızdığı yoxlandıqdan sonra hazır kündələr kürənin içinə qoyulur.

Heç bir süni qatqısı olmayan bu çörəyi payız və qış aylarında bir ay, yaz-yayda isə 15-20 günə kimi saxlamaq olur.1 ədədi 5-6 çörəyi əvəz edən Muğanlı çörəyinin müştərisi də az deyil.Çörəyi almaq üçün 25 kilometr uzaqlıqda yerləşən şəhər mərkəzindən,hətta qonşu rayonlardan da Muğanlı kəndinə gəlirlər.

Gün ərzində 25-30 çörək bişirə bilən Muğanlı sakinləri,bu rəqəmin az olmasını çörəyin çəkisinin çoxluğu ilə əlaqələndirirlər.Artıq onlar çoxlu sayda çörək bişirmək üçün yeni soba da ixtira ediblər.

Muğanlı çörəyin qiyməti isə çəkisindən asılı olaraq 2-3 manat arasında dəyişir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR