Slimfit
  1. MƏDƏNİYYƏT

3 azərbaycanlı nüfuzlu mükafatın finalında

3 azərbaycanlı nüfuzlu mükafatın finalında
Sakura

3 azərbaycanlı nüfuzlu mükafatın finalında

Rusiyanın nüfuzlu milli televiziya mükafatı “TEFİ-2019”un finalçıları elan edilib. “Qafqazinfo”nun məlumatına görə, onların arasında əslən azərbaycanlı olan üç tanınmış – Svetlana Zeynalova, Nailə Əsgər-zadə və Timur Vaynşteyn yer alıb.

Svetlana Zeynalova həmkarı Timur Solovyovla bərabər “Səhər proqramı aparıcısı” nominasiyasında “TEFİ-2019”a namizəddir. Xatırladaq ki, S. Zeynalova Rusiyanın “Birinci kanal”ında “Dobroye utro!” proqramının aparıcısıdır.

Elə bu nominasiyada mükafat uğrunda Regina Todorenko (“Regina+1”, “Pyatnitsa” telekanalı) və Natalya Maltseva (“Maltseva”, “NTV” telekanalı) mübarizə aparacaqlar.

Nailə Əsgər-zadə ötən il qalib gəldiyi “İntervyuver” nominasiyasında “Deystvuyuşiye litsa s Nailey Asker-zade” proqamı ilə namizəddir.

Elə bu nominasiyada mükafat uğrunda Födor Bondarçuk (“Kino v detalyax”, “STS” kanalı) və Aleksey Yaqudin (“Tayet löd s Alekseyem Yaqudinım”, “Matç TV”) mübarizə aparacaqlar.

“NTV” telekanalının baş prodüseri, bakılı Timur Vaynşteyn “Mövsümün televiziya prodüseri” nominasiyasına namizəddir.  

Elə bu nominasiyada Valeri Födoroviç, Yevgeni Nikişov və Vyaçeslav Dusmuxametov mübarizə aparacaqlar.

Qeyd edək ki, "TEFİ", əsası 21 oktyabr 1994-cü ildə "Rusiya Televiziya Akademiyası" Fondu tərəfindən qoyulan televiziya sənəti sahəsində yüksək nailiyyətlərə görə verilən milli televiziya mükafatıdır.

“TEFİ-2019” mükafatının təntənəli təqdimetmə mərasimi oktyabrın 2-də Moskva Müzikl Teatrında baş tutacaq. Mükafata namizədlərin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR