Slimfit
  1. MARAQLI

3 aylıq körpənin inkişafı

3 aylıq körpənin inkişafı
Sakura

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur.

Anayam.az bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.

3 aylıq körpənin özəllikləri

- 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır.

- Gün ərzində 3 dəfə yatır. Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır. Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir. Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər. Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir.

- Körpə şəxsi tələbinə görə yemək edir. Əgər hansısa bir problem yoxsa, 3 aylıq körpə yalnız ana südü ilə qidalanmalıdır. Tez-tez süd əmizdirmə, südün artmasında ən böyük faktordur.

- Əgər uşağın qarşısından 2 metr məsafədə parlaq əşya keçirsəz, onun baxışı onun ardınca müşahidə edəcək.

- Qarın üstə yatarkən, dirsəkləri ilə bədən və başını qaldırmağa çalışır və yarım dəqiqə ərzində başını saxlaya bilir.

- Onun əlləri daha az sıxılmış, yumruq vəziyyətindədir. İndi onlar rahat vəziyyətdədir və körpə əlləri ilə daha çox oynayır.

- Üzünə toxunaraq o, ağzını, gözlərini, burnunu öyrənməyə çalışır.

- O qarın üzrə uzandığı zaman, gələn səs tərəfə başını çevirir.

- Özlüyündə ailə üzvlərini fərqləndirir.

- Səsləri fərqləndirir. Daha çox gülür.

- Danışığa cavab olaraq, səs çıxararır.

- Böyüklər ona diqqət ayırdıqda, oynadıqda, danışdıqda o, çox xoşlanır. Əks vəziyyətdə, tək qaldıqda məyus olur.

- Ata və ananın diqqətini özunə yönəltməyə hər bir şəkildə çalışır.

- Əllərini daha aktiv istifadə etməyə başlayır. Oyuncağını uzatdıqda əlinə alıb, tuta bilir.

- Körpələrin 3 aylıq dönəmində, onunla göz-gözə danışmaq, beyinin inkişafına faydalıdır.

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR