Slimfit
  1. CƏMİYYƏT

29 ildir ki, atamdan xəbər yoxdur - Şuşanın işğalı zamanı atası itkin düşən tanınmış jurnalist

29 ildir ki, atamdan xəbər yoxdur - Şuşanın işğalı zamanı atası itkin düşən tanınmış jurnalist
Sakura

29 ildir ki, atamdan xəbər yoxdur - Şuşanın işğalı zamanı atası itkin düşən tanınmış jurnalist

Bu günədək bizim müraciətlərimiz beynəlxalq təşkilatlar tərəfindən əhəmiyyətsiz hesab edilib və atam barədə dəqiq informasiya ala bilmirik.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı itkin düşmüş Feruz Məmmədovun oğlu Bəxtiyar Məmmədli deyib.

Onun sözlərinə görə, F.Məmmədov Şuşanın işğalı zamanı 816 saylı Şuşa özünümüdafiə batalyonunda xidmət edib: “Mayın 8-də Şuşanın işğalı zamanı ermənilər tərəfindən əsir götürülən atam haqqında 1-2 dəfə xəbər ala bilmişik. Dəfələrlə onun əsirlikdən qurtarılması üçün addımlar atılsa da, bu heç bir nəticə verməyib. Söhbət əlbəttə ki, 1992-1993-cü illərdən gedir. Həmin illərdə Əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı Dövlət Komissiyasına və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər etmişik. Rəsmi qurumlar ötən müddət ərzində axtarışların getdiyini bildirib. Biz ötən müddət ərzində ümidimizi itirməmişik. Artıq 30 ilə yaxın bir müddəti geridə qoymuşuq və həqiqətən də atam və onun kimi əsir və girov götürülən, itkin düşən şəxslərin ailələri böyük narahatlıq içərisindədir”.

B. Məmmədli qeyd edib ki, BQXK tərəfindən erməni əsir və girovların göstərilən münasibət azərbaycanlı əsir və girovlardan fərqlidir: “Biz dəfələrlə şahidi oluruq ki, BQXK erməni əsir və girovlarla daha çox addım atır, nəinki azərbaycanlılarla bağlı. Çox təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu beynəlxalq qurumun fəaliyyəti bizim kimi həssas ailələrə heysiyyatına toxunur. Halbuki, biz illərdir atalarımızı, qardaşlarımızı yolun gözləməkdən yorulmuşuq. Beynəlxalq təşkilatlar isə ağızlarına su alıb oturub, illərdir yaşanan insanlıq faciəsinə göz yumurlar. Faktiki olaraq, BMT və onun təsisatları, Avropa İttifaqı, Avropa Şurası və onun institutları, o cümlədən BQXK azərbaycanlı əsir, girov və itkin düşmüşlərin talelərinə aydınlıq gətirilməsi istiqamətində heç bir addım atmır. Təəssüflər olsun ki, bu istiqamətdə adları qeyd edilən beynəlxalq qurumlar Ermənistana təzyiq etmək istəmirlər. Bu isə faşist Ermənistanın illərdir əl-qolunu açır. Hesab edirəm ki, buna son qoyulmalıdır və atam kimi bütün azərbaycanlı əsir, girov və itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməli və Ermənistana təzyiq göstərilməsidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR