Slimfit
  1. TARİX

29 Aprel Qut-ül Amarə mühasirəsi

29 Aprel Qut-ül Amarə mühasirəsi
Sakura

29 Aprel Qut-ül Amarə mühasirəsi və Osmanlının qələbəsi

29 Aprel Qut-ül Ammarə mühasirəsi və Osmanlının qələbəsi günüdür.
İngiliz ordusu 1915 ci ildə İraqın Qut şəhərində muhasirəyə alınmış, 147 gün davam edən muhasirə 29 aprel, 1916-ci ildə, general Tounshend Qutda olan aclığında təsiriylə digər 5 general, 481 zabit və 13.300 əsgər ilə birlikdə Osmanlı qüvvələrinə təslim oldu. Xəlil Paşa Qut-ül Amarə qələbəsindən sonra VI Orduya yayımladığı məktubda bunları dedi:
" Aslanlar ! Bütün Osmanlılara şərəf və şan, ingilislərə qara meydan olan bu qızğın torpağın günəşli səmasında şəhidlərimizin ruhları sevinclə gülərək uçarkən, mən də hamınızın pak alınlarından öpərək, hamınızı təbrik edirəm. Ordum həm Qut qarşısında, həm də Qutu qutarmağa gələn ordular qarşısında 350 zabit, 10 min əsgər şəhid vermişdir. Lakin buna qarşılıq bu gün Qutda 13 general, 481 zabit və 13 min 300 əsgər təslim alıram. Bu təslim aldığımız ordunu qurtarmağa gələn ingilis qüvələri də 30 min nəfər ziyan edərək geri dönmüşlərdir. Bu iki fərqə baxınca, cahanı heyrətlərə salacaq qədər böyük bir fərq görülür. Tarix bu hadisəni yazmaq üçün kəlmə tapmaqda çətinlik çəkəcəkdir. Budur, Osmanlı səbatının İngilis inadını qırdığı birinci zəfəri Çanaqqalada, ikinci zəfəri burada görürük
Qut-ül Amarə Qazanılan zəfəri anlatan bir Alman Karikatürü.
Avropa'nın Xəsta Adamı Britanya aslanını tərbiye edir.
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR