Dərc edildi: Baxış sayı: 824
28 il komada qalan qadın oyandı
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Munira Abdulla 32 yaşında keçirdiyi qəzadan sonra komaya düşüb və 28 il sonra oyanıb.
BBC xəbər verir ki, Munira Abdulla 1991-ci ildə, avtobus qəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnsə də, uşağa bir şey olmayıb. İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:
“Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var”, - deyə o bildirib.
Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində isə yenidən həyata göz açan Munira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət