Dərc edildi: Baxış sayı: 533
255 km/saat sürətlə hərəkət edən yeraltı kapsulanın sınağı keçirildi
SpaceX və Tesla kompaniyasının rəhbəri İlon Mask sosial şəbəkələrdə Los-Ancelesdə özünün The Boring Company şirkəti tərəfindən hazırlanan sürət tuneli ilə bağlı rolik paylaşıb.
«Tunel boyu gəzdim. Təşviş olunacaq qədər uzundur. Dekabrın 10-da rəsmi açılışa hazırlaşırıq», - deyə Mask Tvitterdə yazıb.
Qeyd edək ki, tuneldə hərəkət edəcək kapsulalar saatda 255 km sürət yığacaq. İlk aylar test rejimində pulsuz işləyəcək. Mart ayının əvvəlində isə SpaceX və Tesla rəhbəri yeraltı magistralda hərəkət edəcək və saatda 200 km sürət yığacaq elektrobusun konseptini təqdim edəcək.
Mənbə: Faktxeber.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət