Dərc edildi: Baxış sayı: 593
250 nəfəri aldadıb, azərbaycanlı sevgilisi ilə qaçdı
Türkiyənin Aydın bölgəsinin Germencik rayonunda 37 yaşlı İbrahim B. axtarışa verilib.
“Haberler”in məlumatına görə, o, 250 nəfərin adına kredit götürdükdən sonra azərbaycanlı sevgilisi ilə Türkiyədən qaçıb.
Məlumata əsasən, onun vətəndaşlara vurduğu ziyan ümumilikdə 10 milyon lirə (təxminən 2,9 milyon AZN - red.) həcmində dəyərləndirilir.
Qeyd edilib ki, İbrahim B. evlidir və üç uşağı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət