Slimfit
  1. CƏMİYYƏT

250 manat bu şəxslərə veriləcək - RƏSMİ

250 manat bu şəxslərə veriləcək - RƏSMİ
Sakura

250 manat bu şəxslərə veriləcək - RƏSMİ

Pandemiya ilə bağlı yardım yalnız vergi ödəyicilərinə veriləcək.

Ens.az Publika.az-a istinadən xəbər verir ki,bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Burada ən əsas prioritet işçi sayında ixtisara yol verməyənlərdir. Eyni zamanda 250 manat yardım mikrosahibkarlara veriləcək. Bəzən vergi ödəyicilərinin qeydiyyat kodu, qeydiyyat sahəsində problemlərlə rastlaşırıq. Bu səbəbdən onlardan xahiş edirik ki, müraciət edib, bu problemləri həll etsinlər. Yalnız bu halda yardımdan faydalana bilərlər", - o bildirib.

Nazir müavini qeyd edib ki, pandemiya və postpandemiya dövründə dövlətin məqsədi iqtisadiyyatı dəstəkləyib, xarici investorların Azərbaycana sərmayə yatırması üçün ünvanlı tədbirlər görməkdir:

"Hazırda investisiyaların dəqiq rəqəmi ilə bağlı proqnoz vermək mümkün deyil. Pandemiya dövründə bir sıra xarici investorla müzakirələr aparılır. Bir çox xarici investisiya şirkəti Azərbaycana investisiya qoymaq marağındadır. İlkin danışıqlar aparılır. Cənab Prezidentin fərmanı ilə də Dövlət İnvestisiya Fondu yaradıldı, məqsəd investisiyaların artırılmasıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR