Slimfit
  1. DÜNYA

25 yaşlı qadının qanı mavi rəngə boyandı

25 yaşlı qadının qanı mavi rəngə boyandı
Sakura

25 yaşlı qadının qanı mavi rəngə boyandı

Amerikada qeyri-adi bir hadisə baş verib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 25 yaşlı bir qadın diş ağrısını sakitləşdirmək üçün aptekdən tərkibində benzokain olan bir dərman alıb və yatmazdan əvvəl qəbul edib. Səhər oyandıqda özünü narahat hiss edən qadın xəstəxanaya gedib.

Xəstəxanada qadından qan nümunəsi götürülərkən həkimlər gördükləri qarşısında şok olub. Qadının dərisi, qanı və dırnaqları mavi rəngə boyanmışdı. Analiz qandakı oksigen səviyyəsinin 67 faiz nisbətində (normalda 95-100 faiz olur) olduğunu ortaya çıxarıb. Belə aşağı səviyyədə olan oksigen əgər müdaxilə olunmasa ölümə və ya beyində zədələrə səbəb ola bilər.

Qadına methemoglobinemiya diaqnozu qoyulub. Səbəbi tərkibində yüksək miqdarda benzokain olan ağrı kəsici içməsi olub. Hazırda müalicə olunan qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR