25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günüdür
BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. "Qafqazinfo"nun məlumatına görə, BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib.
Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır. O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.
Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir, ondan həmçinin oxşar hadisələrdə istifadə edilir. Son illər onun mövcudluğu tədricən ölkələrin çoxunda tanınır. Lakin qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət